Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın qadın qrupu 12-ci dünya yaş qrupları yarışlarının balans hərəkətində çıxışını təqdim edib

Azərbaycanın qadın qrupu 12-ci dünya yaş qrupları yarışlarının balans hərəkətində çıxışını təqdim edib

Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarında balans hərəkətində çıxışını təqdim edib.
BrendSport.az xəbər verir ki, 13-19 yaş kateqoriyasında mübarizə aparan qrupumuzun təsnifat mərhələsində çıxışı hakimlər tərəfindən 28,250 xalla qiymətləndirilib. Ötən gün temp hərəkətində çıxış edən gimnastlarımız hakimlərdən 26,870 xal alıblar. İki hərəkətin cəmində 55,120 xal toplayan qrupumuz hazırda ikinci pillədə qərarlaşıb.
Bu gün yekun vurulacaq turnirdə idmançılar 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları proqramında qüvvələrini sınayırlar.
Ölkəmizdə ilk dəfə təşkil olunan yarışda 24 ölkədən 438 idmançı iştirak edir.
Qeyd edək ki, yarış Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun, tamaşaçı iştirakı olmadan keçirilir.


Facebook-da paylaş

Xəbəri paylaş