Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın qadın qrupu 12-ci dünya yaş qrupları yarışlarının temp hərəkətində çıxışını təqdim edib

Azərbaycanın qadın qrupu 12-ci dünya yaş qrupları yarışlarının temp hərəkətində çıxışını təqdim edib


Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz Bakıda keçirilən akrobatika gimnstikası üzrə 12-ci dünya yaş qrupları yarışlarında temp hərəkətində çıxışını təqdim edib.
BrendSport.az
xəbər verir ki, 13-19 yaş kateqoriyasında mübarizə aparan qrupumuzun təsnifat mərhələsində çıxışı hakimlər tərəfindən 26,870 xalla qiymətləndirilib. Qrupumuzun balans hərəkətində çıxışı martın 6-da təşkil olunacaq.
Hazırda komandamız dördüncü pillədə qərarlaşıb.
Martın 6-dək davam edəcək yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları proqramında qüvvələrini sınayırlar.
Ölkəmizdə ilk dəfə təşkil olunan yarışda 24 ölkədən 438 idmançı iştirak edir.
Qeyd edək ki, yarış Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun, tamaşaçı iştirakı olmadan keçirilir.


Facebook-da paylaş

Xəbəri paylaş