Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şəhriyar Məmmədyarov FIDE Qran-Pri seriyasının ikinci mərhələsinin beşinci turunda mübarizə aparacaq

Şəhriyar Məmmədyarov FIDE Qran-Pri seriyasının ikinci mərhələsinin beşinci turunda mübarizə aparacaq


Belqradda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirak etdiyi FIDE Qran-Pri seriyasının ikinci mərhələsinin beşinci turunun oyunları keçiriləcək.
BrendSport.az xəbər verir ki, təmsilçimiz beşinci görüşündə rusiyalı Aleksandr Predke ilə qarşılaşacaq.
Qeyd edək ki, Ş.Məmmədyarovun bundan əvvəlki dörd turda görüşlərində də heç-heçə qeydə alınıb. Hazırda şahmatçımızın aktivində 2 xal var.
Xatırladaq ki, seriyada ümumilikdə 24 şahmatçı iştirak edir. Hər turnirdə isə 16 oyunçu mübarizə aparır. Şahmatçıların hər biri seriyanın maksimum iki turnirində oynaya bilər. Şəhriyar Məmmədyarov, həmçinin seriyanın üçüncü mərhələsində də iştirak edəcək. Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Ümumi hesabda ən çox xal toplayacaq iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə qazanacaq.


Facebook-da paylaş

Xəbəri paylaş