Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Croatia Grand Chess Tour”: Şəhriyar Məmmədyarov son 9 turda mübarizə aparacaq

“Croatia Grand Chess Tour”: Şəhriyar Məmmədyarov son 9 turda mübarizə aparacaq

Bu gün “Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin - Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”un blits turnirində son 9 turun partiyaları oynanılacaq.
BrendSport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov startda fransalı Maksim Vaşye-Laqrav ilə görüşəcək. Sonrakı qarşılaşmalarda rusiyalı Yan Nepomnyaşi, niderlandlı Jorden Van Forest, Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk, polşalı Yan-Kşıştof Duda, eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov, ukraynalı Anton Korobov, daha bir keçmiş dünya çempionu hindistanlı Vişvanatan Anandla üz-üzə gələcək təmsilçimiz günün son görüşünü niderlandlı Aniş Giriyə qarşı keçirəcək.
Şahmatçımız ötən 9 turun nəticəsinə görə, 4 xal toplayıb.
Qeyd edək ki, bundan əvvəl turnir çərçivəsində rapid yarışı keçirilib. Yekun nəticələrə görə Şəhriyar Məmmədyarov 9 xalla 6-cı yerdə qərarlaşıb.
Xatırladaq ki, Şəhriyar Məmmədyarov seriyanın birinci yarışının - "Superbet Chess Classic Romania"nın qalibi olub.


Facebook-da paylaş

Xəbəri paylaş