"Croatia Grand Chess Tour": Şəhriyar Məmmədyarov ilk üç turda mübarizə aparıb
Bu gün “Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsi start götürüb.
BrendSport.az xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour" adlı rapid turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ilk üç turda mübarizə aparıb. Şahmatçımız birinci turda fransalı Maksim Vaşye-Laqrava qalib gəlib. İkinci turda rusiyalı Yan Nepomnyaşiyə məğlub olan Ş.Məmmədyarov üçüncü qarşılaşmada ukraynalı Anton Korobovla heç-heçə edib.
Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci yarışı "Superbet Chess Classic Romania"nın qalibi olub.
Facebook-da paylaş