"Croatia Grand Chess Tour”: Şəhriyar Məmmədyarov rapid turnirində 6-cı yeri tutub
İyulun 9-da “Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin - Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”un rapid turnirində sonuncu turların partiyaları oynanılıb.
BrendSport.az xəbər verir ki, Şəhriyar Məmmədyarov 7-ci turda İvan Sariç (Xorvatiya), 8-ci turda Niderland şahmatçısı Aniş Giri ilə heç-heçə edib. Son turda Niderlandın digər təmsilçisi Yorden Van Foresti məğlub edən şahmatçımız xalların sayını 9-a çatdırıb. Bu nəticə ilə Şəhriyar Məmmədyarov 6-cı yerdə qərarlaşıb.
Turnirin qalibi 11 xalla rusiyalı Yan Nepomnyaşi olub.
Xatırladaq ki, Şəhriyar Məmmədyarov seriyanın birinci yarışının - "Superbet Chess Classic Romania"nın qalibi olub.
Facebook-da paylaş