Azərbaycan millisinin qapıçısı Emil Balayevin Qazaxıstan klubuna keçidi rəsmiləşib
Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayevin Qazaxıstanın “Turan” klubuna keçidi rəsmiləşib.
BrendSport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin 28 yaşlı qolkiperlə imzalanan müqavilənin detalları açıqlanmayıb. O, yeni klubunda 22 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, E.Balayevin son klubu "Qarabağ" olub. Ötən gün tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər. Həmçinin qapıçı Azərbaycanda "Neftçi", "Səbail", "Zirə", Almaniyada "Ayntraxt" və Qazaxıstanda "Tobol" kimi klubların da formasını geyinib.
Facebook-da paylaş