Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Gəncə” idman klubunun usta cüdoçuları Azərbaycan çempionatında yüksək nəticə göstəriblər

“Gəncə” idman klubunun usta cüdoçuları Azərbaycan çempionatında yüksək nəticə göstəriblər


Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində usta cüdoçular arasında keçirilən Azərbaycan çempionatında “Gəncə” idman klubunun təmsilçiləri yüksək nəticə göstəriblər.
BrendSport.az xəbər verir ki, ümumilikdə 120-yə yaxın cüdoçunun gücünü sınadığı yarışda klubun 8 cüdoçusundan 6-sı medal qazanıb. Belə ki, 73 kiloqram çəki dərəcəsində Tural Abbasov (35-39 yaş), 81 kiloqram çəki dərəcəsində isə Samir İsmayılov (35-39 yaş) və Azər Cəfərov (50-54 yaş) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Klubun daha bir cüdoçusu Vüsal İsmayılov (81 kq) 35-39 yaş kateqoriyasında gümüş medala sahib olub. Çempionatda 100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Səbuhi Vəliyev (35-39 yaş) və Samir Həbibli (45-49 yaş) isə yarışı ikinci pillədə başa vurublar.
Komanda baş məşqçi Samir İsmayılovun rəhbərliyi altında mübarizə aparıb.
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın əsas məqsədi usta cüdoçuların Azərbaycanın veteranlardan ibarət milli komandasına cəlb olunması ilə yanaşı, gənc nəslə örnək olaraq sağlam həyat tərzinin təbliği və eyni zamanda müvafiq yaş qrupu üzrə Avropa və dünya çempionatlarında iştirak üçün seçim etməkdir.


Facebook-da paylaş

Xəbəri paylaş