Cüdoçularımızdan dünya çempionatında daha 3 medal
Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha 3 medal qazanıb.
M1 kateqoriyasında 100 kq çəki dərəcəsində İntiqam Ələkbərov final görüşündə fransalı rəqibi Riçard Adin Oliverə də qalib gələrək qızıl medal əldə edib.
M1 kateqoriyasında 81 kq çəki dərəcəsində mübarizə aparan Samir İsmayılov finalda fransalı Kevin Czernikə uduzaraq gümüş medalla kifayətlənib. M3 kateqoriyasında 60 kq çəki dərəcəsində Babək Hacıyev ikinci yer uğrunda mübarizədə kanadalı Patrik Lama qalib gəlib.
M3 kateqoriyasında 100 kq-dan yuxarı çəki dərəcəsində yarışan Zaur Novruzəliyev isə rusiyalı Andrey Botikova uduzaraq 5-ci olub.
Qeyd edək ki, yarışın ilk günündə Fərhad Rəcəbli M-6 kateqoriyası üzrə 90 kq çəki dərəcəsində Rusiya, ABŞ və Braziliyadan olan rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, Rəcəblinin usta cüdoçular arasında qazandığı 8-ci dünya çempionluğudur.
Facebook-da paylaş