İstanbulda keçiriləcək beynəlxalq turnirdə Azərbaycanı 4 qadın güləşçi təmsil edəcək
Fevralın 24-27-də İstanbulda güləş üzrə Yaşar Doğu xatirə turniri keçiriləcək.
BrendSport.az xəbər verir ki, mövsümün ilk reytinq xarakterli turnirində qadın güləşi üzrə Azərbaycan milli komandası da mübarizə aparacaq.
Yığmamızın turnir üçün heyəti açıqlanıb. Turnirdə ölkəmizi Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) təmsil edəcəklər.
Dünya çempionatınadək 4 reytinq xarakterli turnir keçiriləcək. Dünya birinciliyi sentyabrın 10-18-də Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq.
Facebook-da paylaş