Parisdə cüdo üzrə “Böyük dəbilqə” turnirində 6 idmançımız iştirak edəcək
Fevralın 5-də Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən BrendSport.az-a bildiriblər ki, turnirdə Azərbaycanın 6 cüdoçusu iştirak edəcək. Belə ki, kişilər arasında Kəramət Hüseynov (60 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoev (100 kq), Uşangi Kokauri (+100 kq) mübarizə aparacaqlar.
Yarış iki gün davam edəcək.
Turnirdə 54 ölkədən 308 idmançı iştirak edəcək.
Facebook-da paylaş