Əsas Səhifə > Maraq > Parisdə cüdo üzrə “Böyük dəbilqə” turnirində 6 idmançımız iştirak edəcək
Parisdə cüdo üzrə “Böyük dəbilqə” turnirində 6 idmançımız iştirak edəcək3-02-2022, 22:01 |
Fevralın 5-də Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən BrendSport.az-a bildiriblər ki, turnirdə Azərbaycanın 6 cüdoçusu iştirak edəcək. Belə ki, kişilər arasında Kəramət Hüseynov (60 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoev (100 kq), Uşangi Kokauri (+100 kq) mübarizə aparacaqlar. Yarış iki gün davam edəcək. Turnirdə 54 ölkədən 308 idmançı iştirak edəcək. Geri qayıt |