100 mükafatın sahibi "xərçəng"ə uduzdu
Çexiya tennisinin keçmiş ulduzu Yana Novotnı vəfat edib. 49 yaşlı veteran uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Neçə vaxtdı xərçəng xəstəliyindən əziyyət çəkən Yana Nyu-York şəhərindəki klinikaların birində vəfat edib.
2005-ci ildə adı Tennisin Şərəf Zalına daxil edilən Novotnı karyerası ərzində Qadın Tennis Assosiasiyasının (WTA) turnirlərində 100 mükafat qazanıb. Bunlardan çoxu – 76-sı cütlərin mübarizəsində olub.
Novotnı 12 dəfə cütlərin, 4 dəfə qarışıq cütlərin yarışında “Böyük Dəbilqə” turnirinin qalibi adına yiyələnib. Çexiyalı karyerasının ən böyük uğurunu isə 1998-ci ildə fərdi yarışda Uimbldon turnirini qazanmaqla gerçəkləşdirib.
Apasport.az
Facebook-da paylaş