“Qarabağ” klubunun ilk yoxlama oyununun başlama saatı müəyyənləşib
![“Qarabağ” klubunun ilk yoxlama oyununun başlama saatı müəyyənləşib](/uploads/posts/2022-01/1642093790_21-07-28-1642084572122027728_367x266.jpg)
Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” klubunun ilk yoxlama oyununun başlama saatı müəyyənləşib.
BrendSport.az xəbər verir ki, yanvarın 14-də Rumıniyanın “Qaz Metan” klubu ilə keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Ağdam təmsilçisi yanvarın 21-də “Şlyonsk Vroçlav” (Polşa), dörd gün sonra isə “Visla Krakov” (Polşa) klubları ilə qarşılaşacaq. Yanvarın 21-də və 25-də daha iki oyunun keçirilməsi nəzərdə tutulub. Komanda səhər saatlarında Serbiyanın “Batska Topola” və Slovakiyanın “Tatran” klubları ilə üz-üzə gələcək.
Facebook-da paylaş
![](http://tedbirler.az/ted1-660.gif)