Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Parataekvondoçumuz dünya çempionatında bürünc medal qazanıb

Parataekvondoçumuz dünya çempionatında bürünc medal qazanıb


İstanbulda keçirilən parataekvondo üzrə dünya çempionatında Azərbaycan yığmasının üzvü bürünc medal qazanıb.
BrendSport.az xəbər verir ki, 58 kiloqram çəki dərəcəsində dünya çempionatına qatılan gənc parataekvondoçumuz Sabir Zeynalov (K-44) ilk qarşılaşmada Tokio Yay Paralimpiya Oyunlarının gümüş mükafatçısı, misirli Əhməd Yasirə (23:12), sonrakı görüşlərdə rusiyalı Vasili Viqilianskiyə (28:14) və Braziliya təmsilçisi Fabricio Manquez De Souzaya (32:1) qalib gələrək yarımfinala adlayıb. Finala vəsiqə uğrunda görüşdə Türkiyə təmsilçisi Əli Özcana məqlub olan S.Zeynalov bürünc medalla kifayətlənməli olub.
Yarışda Azərbaycanı 9 idmançı təmsil edib.


Facebook-da paylaş

Xəbəri paylaş