Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı



Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

73 kq çəki dərəcəsində yer alan 21 yaşlı idmançının rəqibi yaponiyalı son dünya çempionu Soiçi Haşimoto olub. Görüşün əsas hissəsində qalib müəyyənləşməyib. Lakin əlavə bölümdə Haşimoto ipponla qələbə qazanaraq finala yüksəlib.

Heydərov isə bürünc medal uğrunda görüşdə monqolustanlı Tsoqtbaatar Tsend-Oçirlə qarşılaşıb. Hansı ki, Tsend-Oçir 1/8 finalda azərbaycanlı digər cüdoçu Rüstəm Orucovu mübarizədən kənarlaşdırmışdı. Heydərov isə bu rəqibinə vazari xalı ilə qalib gəlib.

Nəticədə, Azərbaycan cüdoçusu Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb. Bu, həm də Azərbaycan yığmasının dünya çempionatında ilk medalıdı.


Facebook-da paylaş

Xəbəri paylaş