Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA Konfrans Liqasında qrup mərhələsinin VI turunun oyunları keçirilib

UEFA Konfrans Liqasında qrup mərhələsinin VI turunun oyunları keçirilib

Dekabrın 9-da futbol üzrə UEFA Konfrans Liqasında qrup mərhələsinin VI turunun oyunları keçirilib.
BrendSport.az xəbər verir ki, 8 qrupda keçirilən 16 qarşılaşma ilə 2021-2022-ci illər mövsümünün qrup mərhələsinə yekun vurulub.
“Qarabağ”ın yer aldığı H qrupunda Kiprin “Omoniya” klubu öz meydanında Qazaxıstanın “Kayrat” komandası ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.
İsveçrədə “Bazel”ə 0:3 hesabı ilə uduzan Azərbaycan təmsilçisi “Qarabağ” da pley-offda mübarizəni davam etdirəcək.
“Vitess” Niderlandda Sloveniya “Mura”sını darmadağın edib - 3:0. G qrupundakı “Tottenhem” (İngiltərə) – “Renn” (Fransa) görüşü London təmsilçisində koronavirusa kütləvi yoluxma qeydə alındığı üçün təxirə salınıb. Pley-offa vəsiqənin sahibi həmin matçın taleyindən sonra bəlli olacaq.
Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
A qrupu
LASK (Avstriya) - HİK (Finlandiya) - 3:0;
"Alaşkert" (Ermənistan) - "Makkabi" (Təl-Əviv, İsrail) - 1:1.
Qrupdakı vəziyyət: LASK - 16, "Makkabi" - 11, HİK - 6, "Alaşkert" - 1.
B qrupu
"Gent" (Belçika) - "Flora" (Estoniya) - 1:0;
"Partizan" (Serbiya) - "Anortosis" (Kipr) - 1:1.
Qrupdakı vəziyyət: "Gent" - 13, "Partizan" - 8, "Anortosis" - 6. "Flora" - 5,
C qrupu
"MOİK-Sofiya" (Bolqarıstan) - "Roma" (İtaliya) - 2:3;
"Zarya" (Luqansk, Ukrayna) - "Budyo Qlimt" (Norveç) - 1:1.
Qrupdakı vəziyyət: "Roma" - 13, "Budyo Qlimt" - 12, "Zarya" - 7, "MOİK-Sofiya" - 1.
D qrupu
ÇFR (Kluj, Rumıniya) - "Yablonets" (Çexiya) - 2:0;
AZ (Niderland) - "Randers" (Danimarka) - 1:0
Qrupdakı vəziyyət: AZ - 14, "Randers" - 7, "Yablonets" - 6, ÇFR - 4.
E qrupu
"Union Berlin" (Almaniya) - "Slaviya" (Praqa, Çexiya) - 1:1;
"Feyenoord" (Niderland) - "Makkabi" (Hayfa, İsrail) - 2:1.
Qrupdakı vəziyyət: "Feyenoord" - 14, "Slaviya" - 8, "Union Berlin" - 7, "Makkabi" - 4.
F qrupu
"Kopenhagen" (Danimarka) - "Slovan" (Bratislava, Slovakiya) - 2:0;
PAOK (Yunanıstan) - "Linkoln" (Cəbəllütariq) - 2:0.
Qrupdakı vəziyyət: "Kopenhagen" - 15, PAOK - 11, "Slovan" - 8, "Linkoln" - 0.
G qrupu
"Vitess" (Niderland) - "Mura" (Sloveniya) - 3:1;
"Tottenhem" (İngiltərə) - "Renn" (Fransa) - təxirə salınıb.
Qrupdakı vəziyyət: "Renn" - 11 (5 oyuna), "Vitess" - 10 (6 oyuna) "Tottenhem" - 7 (5 oyuna), "Mura" - 3 (6 oyuna)
H qrupu
"Omoniya" (Kipr) - "Kayrat" (Qazaxıstan) - 0:0;
"Bazel" (İsveçrə) - "Qarabağ" (AZƏRBAYCAN) - 3:0.
Qrupdakı vəziyyət: "Bazel" - 14, "Qarabağ" - 11, "Omoniya" - 4, "Kayrat" - 2.
Beləliklə, LASK (Avstriya), "Gent" (Belçika), "Roma" (İtaliya), AZ, "Feyenoord" (hər ikisi Niderland), "Kopenhagen" (Danimarka), "Renn" (Fransa) və "Bazel" (İsveçrə) 1/8 finala, "Makkabi" (Təl-Əviv, İsrail), "Partizan" (Serbiya), "Budyo Qlimt" (Norveç), "Randers" (Danimarka), "Slaviya" (Praqa, Çexiya), PAOK (Yunanıstan) və "Qarabağ" pley-offa vəsiqə əldə edib.


Facebook-da paylaş

Xəbəri paylaş