Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın 2021-2022-ci il mövsümünün püşkü atılıb

Futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın 2021-2022-ci il mövsümünün püşkü atılıb


Noyabrın 10-da AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın 2021-2022-ci il mövsümünün püşkü atılıb.
BrendSport.az xəbər verir ki, 12 komandanın iştirakı ilə keçiriləcək turnirdə mübarizə səkkizdəbir final mərhələsindən başlayacaq. Dörddəbir finaldan etibarən ev-səfər oyunları prinsipi tətbiq olunacaq.
Dekabrın 10-da və 11-də təşkil olunacaq səkkizdəbir final mərhələsində püşkatmanın nəticələrinə əsasən, “Zaqatala” – “Səbail”, “Keşlə” – “Qarabağ Lökbatan”, “MOİK” – "Qəbələ" və “Sabah” – “Kəpəz” oyunları təşkil olunacaq. Gələn il fevralın 1-2-də və 6-7-də keçiriləcək növbəti mərhələnin qarşılaşmalarında “Zirə” birinci, “Qarabağ” ikinci, “Sumqayıt” üçüncü, “Neftçi” isə dördüncü qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.
Turnirin final matçı 2022-ci il mayın 27-də oynanılacaq.


Facebook-da paylaş

Xəbəri paylaş