Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Futbol üzrə Azərbaycan kuboku turnirinin 2019-2020-ci illər mövsümünün püşkü atılıb



Noyabrın 13-də AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan kuboku uğrunda turnirin 2019-2020-ci il mövsümünün püşkatma mərasimi keçirilib.

BrendSport.az xəbər verir ki, püşk 18 komanda arasında atılıb. İlkin mərhələdə keçiriləcək “Zaqatala”-“Qaradağ Lökbatan” və “Kəpəz”-“Ağsu” qarşılaşmalarının qalibləri Azərbaycan kubokunun səkkizdəbir final mərhələsinə yüksələcəklər. Premyer Liqada çıxış edən klublar isə mübarizəyə birbaşa səkkizdəbir final mərhələsindən başlayacaqlar.

Püşkün nəticəsinə görə, “Sabah” - “Ağsu” duelinin qalibi “Qəbələ”, “Zirə” - “Qaradağ Lökbatan” qarşılaşmasında üstün tərəf isə “Səbail” komandası ilə üz-üzə gələcəklər. Bundan başqa, “Sumqayıt” - “Zaqatala” görüşündə qələbə qazanan tərəf “Neftçi” komandasının rəqibi olacaq. “Keşlə” - “Kəpəz” qarşılaşmasının qalibi isə “Qarabağ” klubu ilə görüşəcək.

Turnirin birinci mərhələsinin oyunlarının təqvimi yaxın günlərdə açıqlanacaq.


Facebook-da paylaş

Xəbəri paylaş