Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Peşəkar boksçu Menni Pakyao karyerasını bitirdiyini təsdiqləyib

Peşəkar boksçu Menni Pakyao karyerasını bitirdiyini təsdiqləyib


Boks üzrə səkkiz çəki dərəcəsi üzrə keçmiş dünya çempionu filippinli Menni Pakyao karyerasını bitirdiyini təsdiqləyib.
BrendSport.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat verib. Məlumatda bildirilir ki, o, 2022-ci ildə Filippin prezidentliyinə namizəd olacağını açıqlayıb.
Qırx iki yaşlı boksçu WBA (Dünya Boks Assosiasiyasının) versiyası üzrə super çempionluq titulu uğrunda avqustun 22-də keçirdiyi son döyüşündə kubalı Yordenis Uqasa uduzub.
Menni Pakyao idman karyerasına 1995-ci ildə başlayıb. Səkkiz müxtəlif kateqoriyada dünya çempionu kimi boks tarixinə düşən Pakyao karyerası ərzində 56 qələbə qazanıb, cəmi 5 dəfə məğlub olub. O qələbələrinin 38-ni nokautla qazanıb. Amerika İdman Akademiyası versiyası üzrə 2009-cu ilin ən yaxşı idmançısı seçilən Menni Pakyao siyasət aləmində də kifayət qədər tanınır. Menni ilk dəfə siyasətdə özünü 2007-ci ildə sınayıb və o vaxt Filippin Liberal Partiyasının nümayəndəsi seçilib.
Boksçu Filippin Senatının üzvüdür və səlahiyyət müddəti 2022 -ci ildə bitir.


Facebook-da paylaş

Xəbəri paylaş