Floyd Meyvezer videoblogger Loqan Pol ilə nümayiş xarakterli döyüş keçirəcək
Amerikalı boksçu Floyd Meyvezer iyulun 5-də videoblogger Loqan Pol ilə nümayiş xarakterli döyüş keçirəcək.
BrendSport.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Döyüşün əvvəlcə fevralın 20-də baş tutması planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən təxirə salınıb.
Qırx üç yaşlı Meyvezer ən çox qazanan boksçu hesab olunur. O, filippinli boksçu Menni Pakyao ilə döyüşü zamanı rekord məbləğ - 210 milyon dollar qazanıb. Qeyri-rəsmi məlumatlara görə, onun Konor Makqreqor ilə qarşılaşması üçün 275 milyon dollar ödənilib. 2018-ci ilin iyul ayında “Forbes” F.Meyvezveri ən çox qazanan məşhurlar siyahısında birinci yerə layiq görüb.
F.Meyvezerin aktivində boks qaydaları üzrə 50 qarşılaşmada 50 qələbə var. O, 5 çəki dərəcəsində çempion adına layiq görülüb. 2017-ci il avqustun 26-da keçirilən sonuncu boks qarşılaşmasında amerikalı texniki nokautla irlandiyalı Konor Makqreqora qalib gəlib.
Bundan əvvəl iki görüş keçirən Loqan Polun aktivində bir qələbə, 1 məğlubiyyət var.
Facebook-da paylaş