“Neftçi”nin sabiq futbolçusu Bruno Teluşi karyerasını Albaniyada davam etdirəcək
Bakının “Neftçi” klubunun sabiq futbolçusu Bruno Teluşi karyerasını Albaniyada davam etdirəcək.
BrendSport.az xəbər verir ki, ötən mövsümün sonunda Bakı təmsilçisindən ayrılan albaniyalı yarımmüdafiəçi “Eqnatiya” ilə müqavilə imzalayıb. Albaniya klubu ilə sözləşmənin müddəti və detalları açıqlanmayıb.
Qeyd edək ki, ötən ilin oktyabrında “Neftçi”yə keçən Bruno Teluşi flaqmanın heyətində 9 oyunda meydanda olub.
Facebook-da paylaş