“Səbail”dən ayrılan Nikolas Hagen karyerasını Norveçdə davam etdirəcək
Bakının “Səbail” klubundan ayrılan Nikolas Hagen karyerasını Norveçdə davam etdirəcək.
BrendSport.az xəbər verir ki, qvatemalalı qapıçı “Ham-Kam” klubuna keçməyə yaxındır. Bu barədə Norveç mətbuatı məlumat yayıb.
Hagen yeni klubu ilə müqavilə imzalamaq üçün Norveçə yola düşüb.
“Ham-Kam” Norveçin Birinci divizionunda çıxış edir.
İyirmi dörd yaşlı futbolçu 2020/2021-ci il mövsümündə “Səbail”də forma geyinib. O, “dənizçilər”lə 27 oyuna çıxıb.
Facebook-da paylaş