Azərbaycan futbolçusu karyerasını Qazaxıstanda davam etdirəcək
Azərbaycan futbolçusu Emil Balayev karyerasını Qazaxıstanda davam etdirəcək.
BrendSport.az xəbər verir ki, 25 yaşlı qapıçı “Tobol” klubu ilə ikiillik müqavilə imzalayıb.
Futbolçu cari mövsümün əvvəlində Bakının “Səbail” klubunda çıxış edib.
Qeyd edək ki, hazırda Türkiyədə təlim-məşq toplanışında olan komanda ölkə çempionatının turnir cədvəlində 53 xalla 3-cü pillədə qərarlaşıb.
Facebook-da paylaş