“Zirə”nin sabiq futbolçusu karyerasını Portuqaliyada davam etdirəcək
Ötən mövsümün sonunda Bakının “Zirə” klubundan ayrılan mozambikli futbolçu Klesio Bauk karyerasını Portuqaliyada davam etdirəcək.
BrendSport.az xəbər verir ki, 27 yaşlı hücumameylli yarımmüdafiəçi "Maritimu" klubuna keçib.
Premyer Liqa təmsilçisi təcrübəli oyunçu ilə imzalanmış müqavilənin detallarını açıqlamayıb.
Qeyd edək ki, Klesio Bauk Azərbaycanda "Zirə"dən əvvəl "Qəbələ"nin formasını geyinib.
Facebook-da paylaş