Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb

Azərbaycan “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb


Azərbaycan “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.
BrendSport.az xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində çıxış edən qadın paracüdoçumuz Şəhanə Hacıyeva yaponiyalı Şuzika Hanqai və Viktoroya Potapovaya (Rusiya Paralimpiya Komitəsi) qalib gələrək qızıl medal uğrunda görüşə çıxıb. Finalda Fransa təmsilçisi Sandrine Martineti üstələyən Ş.Hacıyeva Paralimpiya çempionu olub.
Daha əvvəl pauerliftinqçimiz Pərvin Məmmədov (49 kq) bürünc medala sahib olub.
“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş