Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan cüdoçuları Avropa birinciliyində daha iki qızıl medal qazanıblar

Azərbaycan cüdoçuları Avropa birinciliyində daha iki qızıl medal qazanıblar


Azərbaycanın yeniyetmə cüdoçuları Latviyanın paytaxtı Riqada keçirilən Avropa birinciliyində daha iki qızıl medal qazanıblar.
BrendSport.az xəbər verir ki, İslam Rəhimov (55 kq) finalda Rusiya təmsilçisi Samvel Mxitaryana qalib gələrək turnirin qalibi olub. Aydın Rzayev (60 kq) isə finalda israilli Yehonatan Vekslerə uduzaraq gümüş medalla kifayətlənib. Zahir Ağazadə (60 kq) israilli Aron Qaboru məğlub edərək üçüncü yeri tutub.
Ölkəmizin aktivinə digər qızıl medalı qızların yarışında Aydan Vəliyeva (48 kq) yazdırıb. O, finalda rumıniyalı Vanessa Toleaya qalib gələrək qitə birinciliyinin qalibi olub.
Yarışa 14 cüdoçu ilə qatılan komandamızın aktivində hazırda 3 qızıl, 1 gümüş və 2 bürünc medal var. Daha əvvəl cüdoçumuz Xəyal Həsənov (50 kq) qitə birinciliyinin qızıl medalına sahib olub. Onunla eyni çəki dərəcəsində mübarizə aparan Babarəhim Mirzəyev isə bürünc medal qazanıb.
Avropa birinciliyi avqustun 19-dək davam edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş