Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Tokio-2020”nin 14-cü günündə medal qazanan ölkələr siyahısına Çin liderlik edir

“Tokio-2020”nin 14-cü günündə medal qazanan ölkələr siyahısına Çin liderlik edir

Avqustun 5-də - “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının 14-cü günündə 88 ölkənin idmançıları medal qazanıblar.
BrendSport.az xəbər verir ki, medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 34 qızıl, 24 gümüş və 16 bürünc medal qazanıblar. İkinci pillədə 29 qızıl, 35 gümüş və 27 bürünc medalla ABŞ təmsilçiləri, üçüncü yerdə isə 22 qızıl, 10 gümüş və 14 bürünc medalla Yaponiya atletləri qərarlaşıblar.
Avstraliya 17 qızıl, 5 gümüş, 19 bürünc medalla dördüncü, Rusiya Olimpiya Komitəsi isə 16 qızıl, 22 gümüş və 20 bürünc medalla beşincidir. Digər pillələrdə Böyük Britaniya (16-18-17), Almaniya (9-9-16), Fransa (7-11-9), İtaliya (7-10-18) və Niderland (7-9-10) qərarlaşıb.
Azərbaycanın Olimpiya komandası “Tokio-2020”də üç bürünc medal qazanıb. Qadın cüdoçumuz İrina Kindzerska 78 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizin aktivinə ilk bürünc medal yazdırıb. Boksçumuz Alfonso Dominges (81 kq) isə yarımfinalda kubalı idmançı Arlen Lopezə məğlub olaraq ikinci bürünc medalı komandamıza qazandırıb. Yunan-roma güləşində 77 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Rafiq Hüseynov isə təsəlliverici görüşdə erməni idmançını məğlub edərək üçüncü bürünc medalı komandamıza qazandırıb.
Avqustun 8-dək davam edəcək XXXII Yay Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır.
Xatırladaq ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.


Facebook-da paylaş

Xəbəri paylaş