Şahmatçımız Şəhriyar Məmmədyarov "Grand Chess Tour"un dördüncü mərhələsində mübarizə aparacaq
Avqustun 11-də ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" şahmat seriyasının dördüncü mərhələsi start götürəcək.
BrendSport.az xəbər verir ki, "Saint Louis Rapid and Blitz 2021" adlanacaq mərhələ 9 rapid və 18 blits turdan ibarət olacaq.
"Grand Chess Tour" şahmat seriyasının dördüncü mərhələsində 10 şahmatçı iştirak edəcək. Ölkəmizi bu mötəbər turnirdə Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov təmsil edəcək. Şəhriyardan başqa turnirdə ABŞ təmsilçiləri Fabiano Karuana, Uesli So, Leyner Dominqez Perez, Cefri Ksionq, Hikaru Nakamura və Sem Şenkland, macarıstanlı Rixard Rapport, rusiyalı Petr Svidler və vyetnamlı Quaqn Lyem Li iştirak edəcəklər. Mərhələnin mükafat fondu isə 150 min ABŞ dolları təşkil edəcək.
Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci mərhələsi "Superbet Chess Classic Romania"ın qalibi olub.
Facebook-da paylaş