Bu gün Azərbaycanın iki klubu UEFA Konfrans Liqasında cavab oyunlarını keçirəcək
İyulun 29-da “Sumqayıt” və “Keşlə” klubları UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində cavab matçına çıxacaq.
BrendSport.az xəbər verir ki, hər iki komanda cavab görüşlərini Bakıda keçirəcək.
Ölkə kubokunun qalibi “Keşlə” klubu Rusiyanın “Soçi” komandasını qəbul edəcək. “ASK Arena”dakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçı Belarusdan olan referi Viktor Şimusik idarə edəcək. Paytaxt klubu ilk oyunda rəqibinə 0:3 hesabı ilə uduzub.
Premyer Liqanın bürünc mükafatçısı “Sumqayıt” isə doğma arenada Serbiyanın “Çukariçki” komandası ilə üz-üzə gələcək. “Gənclik şəhəri” təmsilçisi Belqraddakı görüşdə qolsuz heç-heçə edib. “Kapital Bank Arena”dakı oyun saat 20:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi danimarkalı Yorgen Burxardt olacaq.
Facebook-da paylaş