Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Anis Saud: Azərbaycan gimnastikanın mərkəzinə çevrilib



Azərbaycan Gimnastika Federasiyasına tədbirin yüksək səviyyədə təşkil etdiyinə görə minnətdarlığımı bildirirəm. Burada insanlar çox qonaqpərvər və gülərüzdürlər. Azərbaycanın yüksək təşkilatçılıq bacarığı digər ölkələrə nümunə göstərilməlidir.

BrendSport.az saytı xəbər verir ki, Bu sözləri AZƏRTAC-a müsahibəsində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçirilən 82-ci Konqresində iştirak edən Tunis nümayəndə heyətinin rəhbəri Anis Saud deyib.

Tunisli qonaq deyib: “İlk dəfə Azərbaycanda ötən il olmuşam. Həmin vaxt paytaxtınız Beynəlxalq Gimnastika Federasiyasının rəhbər orqanlarından olan FIG Şurasının iclasına ev sahibliyi edirdi. Artıq Azərbaycan gimnastikanın mərkəzinə çevrilib. Ölkənizdə gimnastikanın müxtəlif növləri üzrə irimiqyaslı yarışlar təşkil olunur. Bunlar ölkədə idmanın bu növünün inkişafına təkan verir”.

Qeyd edək ki, FIG-in Nizamnaməsinə əsasən, ən yüksək ali orqan sayılan Konqresdə 115-dən çox ölkədən 300-ə yaxın nümayəndə iştirak edir.


Facebook-da paylaş

Xəbəri paylaş