Əliyar Ağayev İtaliya nəhənginin oyununa təyinat aldı
FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyuna təyinat alıb.
Ağayev İtaliyanın paytaxtı Romada keçiriləcək "Latsio” (Roma, İtaliya) – "Apollon” (Limassol, Kipr) matçının baş hakimi olacaq.
Ona yan xətt hakimləri kimi Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcək. Matçın əlavə köməkçi hakimləri funksiyalarını isə Rəhim Həsənovla Orxan Məmmədov yerinə yetirəcək. 4-cü hakim kimi texniki zonaya Mübariz Haşımov çıxacaq.
Qarşılaşma sentyabrın 20-də Roma Olimpiya Stadionunda baş tutacaq.
Facebook-da paylaş