Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Elber: "Özilin ölkə prezidenti ilə əlaqələrini başa düşmək lazımdır"



"Bavariya"nın sabiq hücumçusu Elber Məsut Özilin milli karyerasını bitirməsinə münasibət bildirib. O, bu barədə "Goal"a açıqlamasında danışıb.

Elber "Nə mən, nə də ailəm irqçiliklə qarşılaşmamışıq. Almaniyada bizə həmişə hörmətlə yanaşıblar.

Mənə elə gəlir ki, Özilin başına gələnlər tamamı ilə təsadüfdür. Onun öz kökləri var. O ölkənin prezidenti ilə əlaqələrini başa düşmək lazımdır. Futbolu siyasətə qatmaq düzgün deyil. Bu heç kimin xeyrinə olan deyil", deyə fikirlərini dilə gətirib.

Qeyd edək ki, Məsut Özil Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Almaniyada böyük təzyiqlərə məruz qalmışdı və bu səbəbdən milli karyerasını başa vurub.


Facebook-da paylaş

Xəbəri paylaş