Türkiyə millisindən ilginc qərar
Türkiyə millisinin İran, Tunis və Rusiya ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
Baş məşqçi Mirça Luçesku İran, Tunis və Rusiya ilə görüşlərə 27 futbolçu çağırıb. Maraqlıdır ki, rumıniyalı mütəxəssis çempionluğa əsas namizəd olan "Qalatasaray"dan heç bir futbolçuya dəvət göndərməyib.
Qeyd edək ki, Türkiyə millisi mayın 28-də İstanbulda İran, iyunun 1-də İsveçrənin Cenevrə şəhərində Tunis, iyunun 5-də isə Moskvada Rusiya ilə qarşılaşacaq.
Qapıçılar: Volkan Babacan ("Başakşəhər"), Okan Kocuk ("İstanbulspor"), Serkan Kırıntılı ("Konyaspor").
Müdafiəçilər: Şənər Özbayraklı, Mehmet Topal, Hasan Ali kaldırım (hamısı "Fənərbaxça"), Mehmet Zeki Çelik ("İstanbulspor"), Ərtoğrul Ərsoy ("Bursaspor"), Ömər Bayram ("Akhisarspor"), Çağlar Söyüncü ("Frayburq", Almaniya), Kaan Ayhan ("Fortuna", Düseldorf, Almaniya).
Yarımmüdafiəçilər: Abdülkadir Ömür, Yusuf Yazıçı, Okay Yokuşlu (hamısı "Trabzonspor"), İrfancan Kahveçi, Mahmut Tekdemir (hər ikisi "Başakşəhər"), Deniz Türüç ("Kayserispor"), Əmrə Akbaba ("Alanyaspor"), Oğuzhan Özyakup ("Beşiktaş"), Sərdar Gürlər ("Osmanlıspor"), Çingiz Ünder ("Roma", İtaliya), Tarkan Sərbəst ("Austriya", Vyana, Avstriya), Hakan Çalhanoğlu ("Milan", İtaliya), Kenan Karaman (Hannover 96, Almaniya), Yusuf Mallı (Volfsburq, Almaniya).
Hücumçular: Ümut Bulut ("Kayserispor"), Cenk Tosun ("Everton", İngiltərə).
Facebook-da paylaş