Çempionlar Liqası: “Araz-Naxçıvan” bu gün ikinci oyununu keçirəcək

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan” bu gün ikinci oyununu keçirəcək.
BrendSport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şotlandiya çempionu “Saltires”lə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” ilk matçda “Sparta Belfast”a 9:1 hesabı ilə qalib gəlib. “Saltires” isə Avstriya çempionu “Ljuti Krajişniçi” klubuna 1:5 hesabı ilə yenilib.
Facebook-da paylaş
