Əsas Səhifə > Maraq > Çempionlar Liqası: “Araz-Naxçıvan” bu gün ikinci oyununu keçirəcək
Çempionlar Liqası: “Araz-Naxçıvan” bu gün ikinci oyununu keçirəcəkBu gün, 12:25 |
![]() Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan” bu gün ikinci oyununu keçirəcək. BrendSport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şotlandiya çempionu “Saltires”lə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Qeyd edək ki, “Araz-Naxçıvan” ilk matçda “Sparta Belfast”a 9:1 hesabı ilə qalib gəlib. “Saltires” isə Avstriya çempionu “Ljuti Krajişniçi” klubuna 1:5 hesabı ilə yenilib. Geri qayıt |