Azərbaycanın FIFA referiləri Avropa Liqasının oyunlarına təyinat alıblar

Azərbaycanın FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA Avropa Liqasının oyunlarına təyinat alıblar.
BrendSport.az xəbər verir ki, Ə.Ağayev Latviyada RFS ilə Finlandiyanın KuPS komandası arasında keçiriləcək ilk matçın baş hakimi olacaq. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. İnqilab Məmmədov isə görüşdə VAR hakiminin köməkçisi olacaq.
UEFA E.Məsiyevə isə Rumıniyada ÇFR və Portuqaliyanın "Braqa" komandaları arasında oynanılacaq ilk qarşılaşmanı həvalə edib. Həmin görüşdə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov, dördüncü referi isə Fərid Hacıyev olacaq.
Qeyd edək ki, RFS - KuPS oyunu avqustun 6-da, ÇFR - "Braqa" matçı isə bir gün sonra keçiriləcək.
Facebook-da paylaş
