Əliyar Ağayev UEFA Avropa Liqasının pley-off görüşünə təyinat alıb
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
BrendSport.az xəbər verir ki, referi UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək RFŞ (Latviya) – APOEL (Kipr) qarşılaşmasının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
RFŞ – APOEL görüşü avqustun 22-də Riqa şəhərində yerləşən “LNK Sporta Parks” stadionunda keçiriləcək.
Facebook-da paylaş