Çempionlar Liqası: “Qarabağ” – “Şelburn” oyunu başlayıb

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” və “Şelburn” komandaları arasında keçirilən cavab görüşü başlayıb.
BrendSport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən matç saat 20:00-da start götürüb.
Matçı İtaliyadan olan hakimlər briqadası idarə edir.
Qeyd edək ki, komandalar arasında İrlandiyada baş tutan ilk matçda “Qarabağ” 3:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi III təsnifat mərhələsində FKSB (Rumıniya) – “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.
Facebook-da paylaş
