Azərbaycan çempionu ABŞ klubuna keçib
Ötən mövsüm “Azərreyl”də çıxış etmiş voleybolçu Piyanot Pannoyun yeni komandası bəlli olub.
BrendSport.az xəbər verir ki, tailandlı oyunçu ABŞ təmsilçisi “Atlanta”ya keçib. Onunla 1 illik müqavilə imzalanıb.
Libero mövqeyində çıxış edən voleybolçu ötən mövsüm “Azərreyl”in heyətində ölkə çempionu olub. O, həmçinin 2023-2024-cü illər mövsümündə Azərbaycan Yüksək Liqasının ən yaxşı liberosu adına layiq görülüb.
Facebook-da paylaş