Əsas Səhifə > Maraq > Azərbaycan çempionu ABŞ klubuna keçib

Azərbaycan çempionu ABŞ klubuna keçib


20-06-2024, 16:00


Ötən mövsüm “Azərreyl”də çıxış etmiş voleybolçu Piyanot Pannoyun yeni komandası bəlli olub.

BrendSport.az
xəbər verir ki, tailandlı oyunçu ABŞ təmsilçisi “Atlanta”ya keçib. Onunla 1 illik müqavilə imzalanıb.

Libero mövqeyində çıxış edən voleybolçu ötən mövsüm “Azərreyl”in heyətində ölkə çempionu olub. O, həmçinin 2023-2024-cü illər mövsümündə Azərbaycan Yüksək Liqasının ən yaxşı liberosu adına layiq görülüb.
Geri qayıt