Azərbaycan millisinin sabiq voleybolçusu “Azərreyl”dən ayrılıb
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Vadim Kutukov "Azərreyl" klubundan ayrılıb.
BrendSport.az xəbər verir ki, 37 yaşlı oyunçu Yüksək Liqanın digər təmsilçisi MOİK-ə keçib. O, yeni komandası ilə mövsümün sonunadək müqavilə imzalayıb.
Qeyd edək ki, V. Kutukov “dəmiryolçular”dan əvvəl uzun illər "Neftçi"də də çıxış edib.
Facebook-da paylaş