Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Türkiyə yığmasının sabiq məşqçisi “Azərreyl”lə müqavilə bağlayıb



Türkiyə yığmasının sabiq məşqçisi Cengiz Akarçeşmə qadın voleybolçulardan ibarət “Azərreyl” klubu ilə anlaşıb.

BrendSport.az
xəbər verir ki, təcrübəli mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Onun qarşısına Azərbaycan çempionatında yüksək yerlər və avrokuboklarda maksimum nəticə göstərmək hədəfi qoyulub. Komanda bu mövsüm “Çağırış Kuboku”nda çıxış edəcək.

27 ildir məşqçiliklə məşğul olan Cengiz Akarçeşmə müxtəlif klublarla yanaşı, Türkiyənin U-17, U-18 və əsas yığmasında da fəaliyyət göstərib.

Qeyd edək ki, “Azərreyl” “Çağırış Kuboku”nun 1/32 finalında Ukraynanın “Balta” kollektivi ilə üz-üzə gələcək. Qarşılaşmalar oktyabrda keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş