Belaruslu voleybolçu yenidən Azərbaycanda çıxış edəcək
"Milli Aviasiya Akademiyası" voleybol komandası heyətini yeni oyunçu ilə gücləndirib
BrendSport.az xəbər verir ki, Bakı klubu belaruslu hücumçu Nataliya Qonçarovanı transfer edib. Onunla növbəti mövsümün sonunadək müqavilə imzalanıb.
Voleybolçu son olaraq ölkəsinin “Jemçujina” komandasının formasını geyinib.
Qeyd edək ki, N. Qonçarova 2019-2020-ci illər mövsümündə "Abşeron"da çıxış edib.
Facebook-da paylaş