Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mahir Emreli: Beş aydan sonra meydana çıxmağım məni həyəcanlandırdı



Beş aydan sonra meydana çıxmağım məni həyəcanlandırdı.

BrendSport.az
xəbər verir ki, bunu Azərbaycan milli komandasının və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun hücumçusu Mahir Emreli deyib.

26 yaşlı futbolçu şəxsi instaqram hesabında beş aylıq fasilədən sonra meydana çıxmağın sevindirici hal olduğunu bildirib: "Uzun müddətdən sonra oyuna çıxıb, qələbə qazanmaq çox xoş duyğulardır. İnanılmaz dəstəyiniz üçün hər kəsə öz təşəkkürümü bildirirəm".

Qeyd edək ki, uzun müddət zədədən əziyyət çəkən M.Emreli Xorvatiya çempionatının XXXV turu çərçivəsində "Slaven Belupo" ilə matçın 46-cı dəqiqəsində meydana çıxıb. Görüş "Dinamo"nun qələbəsi (3:2) ilə başa çatıb.


Facebook-da paylaş

Xəbəri paylaş