Mahir Emreli İspaniya klubu ilə ilk oyunu buraxacaq
Xorvatiyanın “Dinamo” komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Zaqreb təmsilçisinin UEFA Konfrans Liqasının pley-off mərhələsində İspaniyada “Betis”ə qarşı keçirəcəyi ilk oyunu buraxacaq.
BrendSport.az xəbər verir ki, 27 yaşlı hücumçunun adı La Liqa təmsilçisi ilə matçın iştirak ərizəsinə daxil edilməyib.
Hazırda bərpa prosesi keçən 27 yaşlı forvard səfərə yollanan komandanın heyətində yer almayıb. Onun cavab matçında da meydana çıxması sual altındadır.
Qeyd edək ki, bu gün keçiriləcək “Betis” – “Dinamo” oyunu Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Komandalar arasında ikinci görüş fevralın 22-də Zaqrebdə olacaq.
Facebook-da paylaş