Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çempionlar Liqası: Mahir Emreli qol vurub, "Dinamo" qələbə qazanıb



UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin daha bir cavab oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası Qazaxıstanda "Astana"nın qonağı olub.

Görüş Zaqreb təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:0. İlk qolu 24-cü dəqiqədə Emreli vurub. Matça start heyətində başlayan 26 yaşlı forvard 78-ci dəqiqədə Yosip Drmiçlə əvəzlənib. Qonaqların ikinci qoluna isə 89-cu dəqiqədə Antonio Marin imza atıb.

Qeyd edək ki, ilk oyunda rəqibini 4:0 hesabı ilə darmadağın edən "Dinamo" iki görüşün nəticəsinə əsasən III raunda yüksəlib.


Facebook-da paylaş

Xəbəri paylaş