Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Beşiktaş" komandası tarixində 17-ci dəfə finala yüksəlib



Türkiyə Kubokunda finala çıxan ilk komandanın adına aydınlıq gəlib.

BrendSport.az
xəbər verir ki, yarımfinal mərhələsində "Beşiktaş" və "Ankaragücü" komandaları üz-üzə gəlib. Görüş İstanbul nəhənginin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 70-ci dəqiqədə Muçi vurub.

Komandalar arasında Ankarada keçirilən qarşılama qolsuz heç-heçə ilə başa çatmışdı.

Bununla da "qara qartallar" tarixində 17-ci dəfə Türkiyə Kubokunda finala yüksəlib.

Qeyd edək ki, yarımfinalın digər görüşü "Fatih Karagümrük" və "Trabzonspor" arasında baş tutacaq. "Bordo-mavililər" ilk matçda 3:2 hesabı ilə qalib gəliblər.


Facebook-da paylaş

Xəbəri paylaş