Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yüksək Liqa: “Azərreyl” finala yüksəlib



Qadın voleybolçuların Yüksək Liqasında finala çıxan ilk komanda məlum olub.

BrendSport.az
xəbər verir ki, yarımfinalda "Gəncə" və "Azərreyl" komandaları üz-üzə gəliblər. Görüş paytaxt təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə bitsə də, ilk matçda qazanılan (3:0) qələbə sayəsində "dəmiryolçular" həlledici mərhələyə adlayıb.

Qeyd edək ki, yarımfinalın digər görüşü aprelin 18-də "Murov Az Terminal" və "Abşeron" arasında baş tutacaq. Cütün ilk qarşılaşmasında ikincilər 3:1 hesabı ilə qalib gəlib.


Facebook-da paylaş

Xəbəri paylaş