Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qurban Qurbanov: Prezident İlham Əliyev bizə hər zaman qalib komanda kimi qiymət verir



“Şadam ki, zəhmətimiz qiymətləndirilir”.

BrendSport.az
xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliya mətbuatına açıqlamasında deyib.

52 yaşlı mütəxəssis dövlətin komandaya münasibətini xüsusi vurğulayıb: “Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə komandamızı qəbul edib. Xüsusilə avrokuboklarda hakimlərin ədalətsiz qərarlarına görə məğlub olduğumuz dönəmdə. Prezident bizə hər zaman qalib komanda kimi qiymət verir. Azarkeşlər və ekspertlərdən də tərif eşidirik. Bunun nəticəsidir ki, işimi sevə-sevə görürəm”.

Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”a başçılıq edir.


Facebook-da paylaş

Xəbəri paylaş